SAB ın kolbasasından dəmir çıxdı ŞİKAYƏT FOTO

04.04.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu gün səhər yeməyə kolbasa kəsirdim, gördüm dəmirə dirənir, kolbasanı kəsdim içindən dəmir parçası çıxdı".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Facebook" qruplarının birində şikayətçi yazıb.

Şikəyətçi bildirib ki, sözügedən kolbasa "SAB" markasına məxsus olub.

"Almayın, övladlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir".

Qeyd edək ki, fotoda məhsulun "Bazarstore" marketlər şəbəkəsinin Əhmədlidəki mağazalarının birindən alındığı görünür.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью