Sabah 1 yoxlama oyunu keçirəcək

24.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Sabah”ın qış hazırlıq planı bəlli olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına hazırlıqlara yanvarın 4-də başlayacaq.

Təlim-məşq toplanışı komandanın Şüvəlanda yerləşən bazasında - “Sabah” Futbol Mərkəzində olacaq. “Sabah” hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək. Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью