Sabah 1/4 finala yüksəldi

03.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub.

Teleqraf.com xəbər verir ki, 1/8 finalın oyununda Tovuz şəhər stadionunda "Sabah"ı qəbul edən qərb təmsilçisi rəqibinə penaltilər seriyasında məğlub olub.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 bərabərliklə yekunlaşıb.

Onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:4) Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. "Turan Tovuz"un 1/4 finaldakı rəqibi "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan matçların nəticələrinə görə "Səbail" və "Araz-Naxçıvan" 1/4 finala vəsiqə əldə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью