Sabah 14 yaşayış məntəqəsində qaz olmayacaq

20.07.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Cəlilabad rayonunun 14 yaşayış məntəqəsində qaz olmayacaq.

BAKU.WS xəbər verir ki, iyulun 21-i saat 10:00 radələrindən işlər başa çatanadək Cəlilabad rayonu üzrə 8088 abonentin (Göytəpə şəhəri, Kazımabad, Bəcirəvan, Şıxlar, Ağdaş, Privolnoye, Həziabad, Çünzəli, Hamarqışlaq, Komanlı, Xəlilabad, Soyuqbulaq, Hacıcavadlı və Allahverənli kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью