Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabah saat 14 radələrindən etibarən Cəlilabad şəhərində 1 500 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, görüləcək işlər başa çatanadək şəhərin H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələrində qaz təchizatı dayandırılacaq. Elektronika məhsulları