futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
“Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 41);
“Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 51.2);