Milli.az saytına istinadən Icma.az xəbər verir. Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, ara
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.
Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.