Sabah 19:28 də başlayacaq, 82 dəqiqə davam edəcək | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. 7 sentyabrda cari ilin ikinci və son Ay tutulması olacaq.
Bu barədə Milli.Az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr" şöbəsindən məlumat verilib.
Məlumata görə, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək.
Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.
Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək.
Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan "Qanlı Ay"ı saat 21:30 - 22:52 aralığında izləmək mümkün olacaq.
Tam oxu
Xəbəri oxu