Sabah 20 yə çatdı

26.01.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Sabah" klubu Azərbaycan yüksək dəstəsində 20-ci böyükhesablı qələbəsini qazanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

"Bayquşlar""Karvan-Yevlax"ı 4:1 hesabı ilə üstələyib.

Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsidir. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

"Sabah" 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə "ANS-Pivani"yə çatıb.

Qeyd edək ki, "Sabah" ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. "Səbail"lə ev matçında 3 cavabsız qol vurulub.

Füzuli Məmmədov: “Erkən qollar bizə təsir etdi” “Sabah”dan darmadağın - YENİLƏNİB “Sumqayıt”ın məşqçisi: “Qış fasiləsində çarə tapmaq asan deyil” Kurban Berdıyev: “İkinci qolu tez vursaydıq…” “Qarabağ” hücumçu transfer edir - SON DƏQİQƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью