Sabah 21 yaşlı vingeri icarəyə götürüb

11.06.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az "Sabah" klubuna istinadən xəbər verir ki, fransalı futbolçu Yunes Laşaab bundan sonra komandanın uğurları üçün çalışacaq.

21 yaşlı vinger Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

Müqaviləyə əsasən, "Sabah" Laşaabın transfer hüququnu özündə saxlayır.

"Lill" klubunun yetirməsi olan Yunes Laşaab son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью