“Sabah” 250 ci qolu buraxdı

19.05.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.

QOL.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 35-ci turuna təsadüf edib. “Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.

250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.

Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью