Sabah 3 minə yaxın şəxs qazsız qalacaq

09.03.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin podratçı tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.

Şəhərin H.Əliyev prospektinin bir hissəsi, H.Məmmədov, M.Hüseynzadə, Ə.Cavad, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Füzuli, D.Qorqurd, A.Rəhimov və V.Mürsəlov küçələri olmaqla ümumilikdə 3 000 abonentin saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью