Sabah 44 cü Şarcə Beynəlxalq Kitab Sərgisi işə başlayacaq

04.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 4 noyabr, AZƏRTAC

Noyabrın 5-dən 16-dək Birləşmiş Ərəb Əmirliklərində 44-cü Şarcə Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Səninlə kitab arasında” şüarı ilə baş tutacaq sərgidə 118 ölkədən 2400-ə yaxın naşir bir araya gələcək, milyonlarla adda kitab və nəşr təqdim olunacaq.

Sərgidə 66 ölkədən 250-dən çox yazıçı və yaradıcı şəxs çıxışlar edəcək. Sərgi çərçivəsində 1200-dən çox tədbir keçiriləcək. Builki sərginin fəxri qonağı Yunanıstandır.

Noyabrın 14-də isə sərgi çərçivəsində təşkil ediləcək görüşdə məşhur amerikalı aktyor, reper və prodüser Uill Smit qonaqlara uğur hekayəsindən və 30 ildən çox yaradıcılıq yolundan danışacaq.

Bundan başqa, sərgi çərçivəsində noyabrın 8-dən 11-dək 4-cü “Triller festivalı” təşkil ediləcək. Burada triller və dedektiv janrında tanınmış 13 yazıçı, ekspert iştirak edəcək. Həmçinin, sərgi çərçivəsində 8 dildə şeir yarışmasının keçirilməsi planlaşdırılır.

Sərgidə “Mətbəx guşəsi”ndə 14 dünya şöhrətli aşpazın iştirakı ilə 35 kulinariya sessiyasından ibarət zəngin proqram təqdim ediləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью