Sabah 60 a çatdı

24.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 12-ci turu "Sabah" üçün  əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yubiley heç-heçəsi ilə yadda qalıb.

"Bayquşlar" Premyer Liqada 60-cı dəfə bərabərliyə imza atıblar. Bu, "Şamaxı" ilə qarşılaşmaya təsadüf edib – 0:0. "Sabah" Premyer Liqada keçirdiyi 223-cü matçda 60-cı "sülh"lə kifayətlənib. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə 1 xal əldə ediblər.

Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda "Neftçi"dir – 222.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью