Sabah 6300 dən çox abonentin qazı kəsiləcək

27.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir.
Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və rayon mərkəzinin bəzi ərazilərinin (6250 əhali və 130 qeyri-əhali) qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью