Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında (ABL) XV turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu oyunlarla çempionatda III dövrəyə yekun vurulub. A və B qruplarında baş tutan matçlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
"Gəncə" - "Şəki" (95:80)
"Abşeron Lions" - "Sabah" (96:117)
NTD - "Neftçi" (82:98)
B qrupu
"Lənkəran" - "Ordu" (63:103)
"Sumqayıt" - "Sərhədçi" (94:98)
"Naxçıvan" - "Quba" (82:70)
Qeyd edək ki, XV turdan sonra A qrupunun vahid lideri "Sabah"dır.
B qrupuna isə "Ordu" başçılıq edir.
Azərbaycan Basketbol Liqasında (ABL) XVI turun görüşlərinə fevralın 4-də start veriləcək.