Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

16.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti sabah Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью