Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

26.07.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, İyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью