“Sabah” akademiyasından böyük uğur

17.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" futbol klubunun akademiyasının yetirməsi olan Əli Hüseynli karyerasını İspaniyada davam etdirmək imkanı qazanıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda "Sabah"ın U-14 komandasında çıxış edən gənc futbolçu İspaniyanın tanınmış klublarından olan "Villarreal"ın skautlarının diqqətini cəlb edərək seçimlərdən uğurla keçib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Əli Hüseynli 13 yaşı tamam olduqdan sonra İspaniyaya yola düşəcək və "Villarreal"ın akademiyasına qoşulacaq. pizza mizza

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью