Sabah AMEA da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

24.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasında fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata əsasən, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyndən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью