Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 sentyabr, AZƏRTAC
“Sabah” komandası ABŞ-dən olan basketbolçu Castin Tillman ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, oyunçu ilə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.
Tillman 2025/2026-cı illər mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan Basketbol Liqasının çempionu olub və final seriyasının ən yaxşı oyunçusu (MVP) seçilib.