“Sabah” amerikalı hücumçu ilə gücləndi

19.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.

202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.

Amerikalı basketbolçu karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.

Bruinsma Niderlandın “Donar” və Macarıstanın “Falko Sombathey” komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью