“Sabah” amerikalı ilə müqavilə imzaladı

12.11.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” amerikalı Qerri Bleyksi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2016-cı ildən peşəkar arenada çıxış edən Blakes Avropa və Asiyada bir çox ölkələrdə oynayıb. O, İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva liqalarında çıxış edib.

Son olaraq Çin NBL liqasında “Hefei Storm” klubunun heyətində çıxış edən Qerri ilə 2 illik müqavilə imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью