Sabah Araz Naxçıvan oyununda qalib müəyyənləşməyib

04.03.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn "Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

"Report"un məlumatına görə, “Bank Respublika Arena”da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

"Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью