Sabah ASAN xidmət və ASAN kommunal mərkəzləri işləməyəcək

07.03.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN) məlumat verilib.

Məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью