“Sabah” autsayderlə üz üzə YENİLƏNİR

28.11.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIII turunda bu gün daha bir qarşılaşma keçiriləcək.

Apasport.az xəbər verir ki, son ölkə çempionu “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Mərdəkandakı “Sabah Arena”da keçiriləcək görüşü Vüqar Həsənli idarə edəcək.

Rəqibindən bir oyun az keçirən paytaxt təmsilçisi 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Naxçıvan klubu isə 4 xalla sonuncu – 12-ci sıradadır.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

19:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Sabah Arena”

Rəşad Sadıqov: “Neftçi”yə hörmətimdən susuram” "Neftçi"dən minimalhesablı qələbə - YENİLƏNİB Ervins Perkons: “İstədiyimiz nəticəni əldə edə bilmədik” I Liqa: İlk dövrəyə yekun vuruldu - YENİLƏNİB Zaur Həşimov: “Xarakter böyük rol oynadı”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью