“Sabah” Avropa Kubokunda növbəti matçını keçirəcək

06.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” klubu FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Yunanıstan təmsilçisi “Marussi” ilə qarşılaşacaq.

Marussi şəhərindəki “Maroussi Saint Thomas Indoor Hall”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Oyunu Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər.

“Sabah” evdə “Marussi”yə 70:82 hesabı ilə məğlub olub. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norrçepinq Dolfins”ə isə 70:74 hesabı ilə yenilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью