Sabah Avropa Liqası ilə erkən vidalaşmalı oldu YENİLƏNİB

18.07.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün cavab görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Çelye"nin qonağı olub. Bakıda keçirilmiş görüşdə 2:3 hesabı ilə məğlub olan "Sabah" ikinci matçda əsas vaxtda eynihesablı qələbə qazansa da, əlavə vaxtda 1 qol buraxaraq ümumi hesabda 5:6 hesablı məğlub olaraq turnirlə vidalaşmalı olub.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

22:00 "Çelye" (Sloveniya) – "Sabah"(Azərbaycan) 2:3 (Əlavə vaxt 3:3) 

Qollar: F.Kovaçeviç,19, D,Vukliseviç,49, N.İosifof,108, - C.Mikels,10, 63, 64

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью