“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı

07.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri Sloveniyada “Çelye”nin qonağı olub. Əsas vaxtı “Sabah”ın 3:2 hesablı qələbəsiylə başa çatdığı üçün matçda əlavə vaxt oynanılıb. Uzatmalarda daha bir qol vuran və hesabı bərabərləşdirən Sloveniya təmsilçisi mərhələ adlayan tərəf olub.

“Sabah” Konfrans Liqasında yoluna davam edəcək. Komanda burda Moldovanın “Petrokub” kollektivi ilə qarşılaşacaq.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

22:00 Çelye (Sloveniya) – Sabah 3:3

Qollar: Franko Kovaçeviç, 19 (pen.), Vukliçeviç, 49, Yosifov, 108 – Coy-Lens Mikels, 10,63, 66
İlk oyun 3:2

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью