“Sabah” Avropanın nüfuzlu klub turnirinin əsas mərhələsində çıxış edəcək

25.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Sabah” Basketbol Klubu 2026/2027 mövsümündə FIBA Basketbol Çempionlar Liqasının müntəzəm mövsümündə iştirak edəcək.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, “Sabah” ardıcıl olaraq ikinci mövsümdə Avropanın nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək.

FIBA Basketbol Çempionlar Liqasında iştirak edəcək bütün komandalar və qrupların püşkatma mərasimi daha sonra açıqlanacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью