“Sabah” Avstriyada ikinci yoxlama oyununa çıxacaq

28.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Sabah” futbol klubu bu gün Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın komandası Macarıstan təmsilçisi “Ferentsvaroş”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu, Bakı klubunun Avstriya toplanışında ikinci yoldaşlıq oyunu olacaq. “Sabah” ilk matçında Rumıniyanın “Universitatya” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Hazırlıq prosesi başa çatana qədər Azərbaycan təmsilçisini daha bir yoxlama görüşü gözləyir. “Sabah” iyulun 1-də Ukraynanın “Polesye” klubu ilə qarşılaşacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью