Sabah Avstriyada ilk oyununa çıxır

24.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Sabah" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "bayquşlar" Avstriyada daha 2 oyun keçirməyi planlaşdırır. Komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) ilə qarşılaşacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью