Sabah axşamdan Bakıya çox güclü yağış yağacaq XƏBƏRDARLIQ

08.10.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью