Sabah axşamdan rayonlara leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

01.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью