Sabah Ayaz Quliyevi komandadan göndərdi

26.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Sabah" klubu yarımmüdafiəçisi Ayaz Quliyevlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

A.Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью