“Sabah” azarkeşlərinə şad xəbər ÇL oyunları üçün VIP biletlər satışda

25.09.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunları üçün VIP paket biletlər satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, paketə Bakı Olimpiya Stadionunda “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçiriləcək 4 qarşılaşma daxildir.

VIP paket sahibləri oyunları stadionun VIP sektorundan izləyə biləcəklər. Burada qidalanma xidməti, əyləncə proqramı və DJ ifası nəzərdə tutulub.

VIP paket biletin qiyməti 1500 manatdır və bütün 4 qarşılaşmaya şamil edilir.

Qeyd edək ki, VIP sektordakı əyləncə proqramı yalnız “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.

Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək “Zirə”nin futbolçusu əməliyyat olunub Millimizin toplanış proqramı açıqlanıb II Liqa: V turun təyinatları açıqlanıb Musa Qurbanlı: “Ustalığımız çatmadı”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью