Sabah Azərbaycan çempionatı start götürəcək

14.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Dekabrın 15-də boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

6 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Raymond Silvas (ABŞ) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Ço Yanq Suk (Cənubi Koreya), Muhammad Arisa Putra Pohan (İndoneziya) və Pavlo Vasilinçuk (Ukrayna) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Bu referilərin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Əsas xəbərlər, Ölkə futbolu Millinin baş məşqçisi: “Yığmada rəqabəti artırmaq lazımdır”

6 Dekabr 2024, 16:12

Əsas xəbərlər, Ümumi idman Azərbaycanın daha bir boksçusu finala yüksəldi

1 Noyabr 2024, 9:50

Əsas xəbərlər, Ümumi idman Monteneqroda tarixə düşən Aynur

31 Oktyabr 2024, 20:18

Əsas xəbərlər, Ümumi idman Azərbaycan millisindən tarixi uğur

31 Oktyabr 2024, 14:47

Əsas xəbərlər, Ümumi idman Azərbaycan boksunda bu gün tarix yazıla bilər

31 Oktyabr 2024, 9:19

Əsas xəbərlər, Ümumi idman Gimnaziada: Azərbaycan boksçusu “qızıl” qazandı

29 Oktyabr 2024, 14:00

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью