“Sabah” Azərbaycan Kuboku tarixində evdə 20 dən çox qol vuran 30 cu komandadır

23.04.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

“Sabah” Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, bu topu Velko Simiç vurub. O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью