Sabah Azərbaycan Kubokunun finalına yüksəldi

22.04.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olub.

Modern.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Bununla da, "Sabah" adını finala yazdırıb və "Zirə"yə rəqib olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью