“Sabah” Azərbaycana ilk xalları qazandırdı

18.07.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 2025/26 mövsümündə UEFA reytinqində ilk xallarını qazanıb.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Çelye”ni əsas vaxtda məğlub etməsi (3:2) ilə ölkənin aktivinə 0,250 xal yazılıb. Azərbaycan hazırda 17,375 xalla 29-cu sıradadır.

30-cu pillədəki Bolqarıstanın aktivində 16 500 xal var. 28-ci sırada qərarlaşan Ukraynanın isə 17, 975 xalı var.

Azərbaycan bu mövsüm avrokuboklarda 4 komanda ilə təmsil olunur. “Qarabağ” Çempionlar Liqasında, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” isə Konfrans Liqasında yarışacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью