Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, iyunun 16-dan etibarən ölkə ərazisində Məhərrəm ayının ilk günü qeyd olunur.
Bakupost.az xəbər verir ki, qurumun Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib ki, Məhərrəm və Səfər ayları ərzində keçirilən təziyə mərasimləri zamanı dinə uyğun olmayan davranışlardan, xüsusilə bədənə xəsarət yetirilməsi və özünə zərər verilməsi kimi hallardan çəkinmək tövsiyə olunur.
Həmçinin qeyd edilib ki, dini mərasimlər yalnız məscid və ziyarətgahlarda, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməlidir. Küçə yürüşləri, ictimai asayişi pozan hərəkətlər və dövlət simvollarına uyğun olmayan halların yolverilməz olduğu vurğulanıb.
Məlumata görə, Aşura günü 25 iyun 2026-cı ilə təsadüf edir.