Sabah Azərbaycanın bu kəndlərində işıq olmayacaq

13.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Lent.az-ın məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli "Culfa" yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью