Sabah Bakı Sumqayıt qatarı necə hərəkət edəcək?

19.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.

Yeni qrafikə əsasən:

-Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq;

-Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью