Sabah Bakıda bəzi ərazilərdə qaz olmayacaq | Icma.az
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq Sabah Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu