Sabah Bakıda cavab oyununa çıxır

25.08.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq.

Modern.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcək.

Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start veriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью