Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avqustu 27-dən 29-dək Bakı növbəti dəfə Dünyanın ən güclü güləşçilərini bir araya gətirir.
“Sea breeze” istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə 2 nüfuzlu beynəlxalq yarışlarda iştirak edəcək milli komandamızın heyəti müəyyənləşib. 3 gün boyunca 34 ölkədən 200-dən artıq idmançının qatılacağı yarışlarda baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçimiz qum üzərində uğur qazanmağa çalışacaq.
27 avqustda keçiriləcək U17 Dünya çempionatında 22 təmsilçimiz – 12 oğlan və 10 qız mübarizə aparacaq.
28-29 avqustda təşkil ediləcək Dünya Seriyasının IV mərhələsində isə 15 təmsilçimiz – 11 oğlan və 4 qız iştirakçılar sırasında yer alacaq.
Qabil YUSİFOĞLU
XQ