Sabah Bakıda güclü külək ƏSƏCƏK

23.03.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью