Sabah Bakıda leysan gözlənilir | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumat yayır. Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Me
Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağışın olacağı ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək.
Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin bəzi şərq rayonlarında arabir yağıntı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.
Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Tam oxu
Xəbəri oxu