Sabah Bakıda və bölgələrdə güclü külək olacaq Xəbərdarlıq

14.07.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidməti iyulun 15-16-sı üçün Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü küləklə əlaqədar sarı xəbərdarlıq elan edib.

Milli.Az xəbər verir ki, məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək.

Eyni zamanda Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad və Culfa rayonlarında şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.

Xidmətin məlumatına görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью