Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

23.08.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью